Bu gün qadın voleybolçular arasında CEV Kubokunun “Çelenc raund”unda cavab görüşlərinə start verilib. Fanat.az xəbər verir ki, ilk oyun günün yeganə qarşılaşmasında “Azəryol” Polşanın “Bank Fakro” klubunu qəbul edib.
Səfər matçında 2:3 hesabı ilə məğlub olan “Azeryol” rəqibi Bakıya gəlməyə peşman edib. Belə ki, təmsilçimiz Polşa klubunu 3:0 hesabı ilə yenərək yarımfinala çıxıb.
Qeyd edək ki, “Bank Fakro” bundan əvvəlki mərhələdə Bakı “Lokomotiv”ini məğlub etmişdi. "Azəryol"un yarımfinaldakı rəqibi “Fənərbaxça” (Türkiyə) - “Agel” (Çexiya) cütünün qalib olacaq. Bu komandalar arasındakı ilk görüşdə istanbullular 3:0 hesabı ilə qalib gəliblər.
CEV kuboku
Çelenc raund
Cavab oyunu
Azəryol (Azərbaycan) - Bank Fakro (Polşa) 3:0 (25:21; 25:10, 25:19)
Hakimlər: Sergey Qulka (Ukrayna), Aleksandr Tubilov (Rusiya)
Bakı, Voleybol Mərkəzi.
İlk oyun - 2:3.
Fanat.az