"Aslan" qarşısına çıxanı parçalayır - VİDEO

"Aslan" qarşısına çıxanı parçalayır - VİDEO

Türkiyə Super Liqasında XX turun oyunları davam edir. Fanat.az xəbər verir ki, "Qalatasaray" "Türk Telekom Arena"da "Eskişəhərspor"u qəbul edib.

Kubokda və çempionatda keçirdiyi son 3 oyunda quru hesablı qələbələr qazanan (Elazığspor 3:0, Bursaspor 6:0, Tokatspor 3:0) "Cim-Bom" yenə rəqibini darmadağın edib - 3:0. Hesabı 6-cı dəqiqədə Burak Yılmaz açıb. Qolun ötürməsi İzet Hayroviçdən gəlib. 32-ci dəqiqədə Aurelien Çedyu Uesli Sneyderin ötürməsini qola çevirib. 89-cu dəqiqədə meydana çıxan Umut Bulut isə 3 dəfə sonra yekun hesabı müəyyənləşdirib. Bu qolun ötürməsi isə Burak Yılmazdan gəlib.

Bununla da "Qalatasaray" "Fənərbaxça" ilə xal fərqini 4-ə endirib. Lider bu gün çətin "Sivasspor" səfərinə çıxacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər