Əksər futbolçular 30 yaşını keçəndən sonra baş məşqçilərin inamını itirirlər, bir çoxlarına əvəzedici gözü ilə baxılır. Amma elələri var ki, 35 yaşından sonra da yüksək səviyyədə çıxışını davam etdirir. "France Football" 35 yaşından artıq futbolçulardan ibarət rəmzi komanda hazırlayıb.
Qapıçı: Canluici Buffon (Yuventus, 36).
Müdafiəçilər: Xavyer Zanetti (İnter, 40), Rio Ferdinand (Mançester Yunayted, 35), Daniel van Buyten (Bavariya, Münih, 36), Filip Daems (Borussiya M, 35).
Yarımmüdafiəçilər: Frank Lempard (Çelsi, 35), Andrea Pirlo (Yuventus, 35), Rayan Giqqz (Mançester Yunayted, 40), Françesko Totti (Roma, 37).
Hücumçular: Miroslav Kloze (Latsio, 35), Didye Droqba (Qalatasaray, 36).
Fanat.az