Qara Qarayev: "Çumbinyo və Diasın yoxluğu..."

Qara Qarayev: "Çumbinyo və Diasın yoxluğu..."
“Qarabağ” - “Neftçi” matçları həmişə maraqlı keçib. Mən də hər zaman “Neftçi”yə qarşı yaxşı oynamağa çalışmışam. İnşallah çalışıb Azərbaycan futboluna layiq bir oyun nümayiş etdirməliyik". Fanat.az xəbər verir ki, bu sözləri qafqazinfo.az-a açıqlamasında "Qarabağ"ın futbolçusu Qara Qarayev deyib.
Futbolçu heyətdəki itkilərin komandaya təsir edəcəyini bildirib: "Sözsüz ki, Çumbinyo və Danilo Diasın zədəli olması komandaya təsir edir. İtkilər hər zaman komandaya öz təsirini göstərir. Ancaq bizim heyətimiz 11 nəfərdən ibarət deyil. “Qarabağ”da 25 futbolçu var ki, hər biri öz işinin öhdəsindən gəlməyi yaxşı bacarır. İnanıram ki, sabah (bu gün) zədəli futbolçuların yerinə çıxacaq oyunçular, onların yoxluğunu hiss etdirməyəcəklər. Çünki 25 futbolçunun hər biri əsas heyətdə oynamağa layiq oyunçulardı".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər