"90 dəqiqə ərzində yaxşı oyun sərgilədik, demək olar bütün oyun ərzində hücum etdik. Matçda yeganə çatışmayan şey qol idi. Çoxlu qol vəziyyətləri yaratdıq. Təəssüf ki, onları qola çevirə bilmədik". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Qara Qarayev deyib.
"Sent-Etyen"lə oyundan sonra jurnalistlərə açıqlama verən futbolçu bu qələbə qazanmağın mümkün olduğunu bildirib: "Qarabağ"ın bütün futbolçuları başa düşürdü ki, qələbə bizim üçün nə dərəcədə vacibdi. Amma unutmamalıyıq ki, rəqib "Sent-Etyen" idi. Güclü bir klubdan xal aldıq. Razıyam, qazanılası oyun idi. Qol vura bilmədiksə, buna görə heyfslənməyə dəyməz. Ən əsası, komanda olaraq yaxşı oyun nümayiş etdirdiyimizi vurğulaya bilərəm".
Fanat.az