Qara Qarayev bəxtdən gileyləndi

Qara Qarayev bəxtdən gileyləndi
"Oyuna yaxşı hazırlaşmışdıq. İstəyirdik ki, qrup mərhələsinə qalibiyyətlə başlayaq. Yaxşı mübarizə aparırdıq. Ancaq bəxtsizlik öz sözünü dedi". Fanat.az xəbər verir ki, bu sözləri Bolqarıstanla oyundan (1:2) sonra millik komandamızın üzvü Qara Qarayev deyib: 
 
Futbolçu rəqibin komandamızdan güclü olmadığını bildirib: "Kimisə günahlandırmaq lazım deyil. Komanda şəklində mübarizə aparırıq. Qol buraxırıqsa, bunda hər kəsin səhvi var. Qələbəmizdə hər kəsin payı olduğu kimi, məğlubiyyət də bütün futbolçuların adına yazılmalıdı. Çox istəyirdik ki, Bolqarıstandan ən azı bir xal alaq. Məqsədimiz qrupdan pley-offa çıxmaqdı. Çalışacağıq ki, bundan sonrakı oyunlarda nəticə qazanaq. Məncə, Bolqarıstan bizdən güclü deyildi. Sadəcə bəxtimiz gətirmədi". 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər