Rusiyanın prezidenti Vladimir Putinin sabiq olimpiya çempionu Alina Kabayeva ilə gizli şəkildə evlənməsi barədə xəbərlər yenidən gündəmə gəlib. Fanat.az xəbər verir ki, buna səbəb veteran gimnastın barmağındakı nişan üzüyü olub.
Alinanın ötən axşam bir televiziya proqramında barmağındakı alyans diqqəti çəkib. Bu isə ölkə prezidenti ilə olimpiya çempionunun evlənməsi barədə xəbərlərin yayılmasına səbəb olub.
Maraqlıdı ki, ötən həftə Misirin müdafiə naziri ilə görüşdə Putinin barmağında da alyans görünmüşdü.
Fanat.az