Prezident və xanımı Milli Gimnastika Arenasında - FOTOLAR

Prezident və xanımı Milli Gimnastika Arenasında - FOTOLAR
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda Milli Gimnastika Arenasında tikinti işlərinin gedişi ilə tanış olub. Fanat.az xəbər verir ki, gənclər və idman naziri Azad Rəhimov arenada görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib.
Nazir bildirib ki, kompleksin fasadı xüsusi formada işlənib. Burada maraqlı illüminasiya elementlərini təqdim edən ekranlar quraşdırılıb. Əsasən gimnastika yarışları üçün nəzərdə tutulan arenanın əhəmiyyətini artıran mühüm amillərdən biri də buranın digər idman tədbirlərinin və yarışlarının keçirilməsi üçün uyğunlaşdırılmasıdı. Yarışların miqyasından asılı olaraq, arenanın əsas hissəsində oturacaq yerlərinin sayını 5 mindən 9 min 600-ə qədər artırmaq mümkündü. Dünya standartlarına uyğun inşa olunan kompleksdə mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr yerləşir. Avropada ən yaxşı gimnastika komplekslərindən biri olacaq bu idman qurğusunda otel də yaradılıb.
Milli Gimnastika Arenasında bu ilin iyununda bədii gimnastika üzrə Avropa çempionatının keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, 2015-ci ildə birinci Avropa Oyunları çərçivəsində 6 gimnastika fənni üzrə yarışların, 2019-cu ildə isə bədii gimnastika üzrə 2020-ci il Olimpiadasına lisenziya xarakterli dünya çempionatının burada keçirilməsi planlaşdırılır.
Sonra İlham Əliyev və Mehriban Əliyeva ayrıca inşa edilmiş məşq zalında yaradılan şəraitlə tanış olublar. Dövlət başçısı və xanımı burada gimnastların məşq prosesini izləyiblər. 
azertag.com
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər