İspaniyanın "Rasinq" klubunun futbolçuları klub prezidentinin istefasını tələb edib. Fanat.az xəbər verir ki, bununla bağlı oyunçular yazılı açıqlama yayıb.
Açıqlamada bildirilir ki, "Kral Kuboku"nun "Real Sosyedad"la oyununadək Angel Lavin istefa verməsə, komanda meydana çıxmayacaq. Buna səbəb isə prezident və İdarə Heyətinin futbolçulara olan borcları ödəyəcəkləri ilə bağlı vədlərini yerinə yetirməmələri olub.
Fanat.az