Prandelli: "Cəsur bir komanda izləyəcəksiniz"

Prandelli: "Cəsur bir komanda izləyəcəksiniz"

"Təcrübəli və səviyyəli bir komandaya qarşı oynayacağıq. Rəqibimiz topun özündə olmasını istəyəcək. "Arsenal" qarşısında öz oyunu olan cəsur və hazır bir komanda izləyəcəksiniz. Topu itirdiyində geri almağa çalışan bir komandanın meydanda olacağına əmin ola bilərsiniz". Fanat.az xəbər verir ki, bu sözləri "Qalatasaray"ın baş məşqçisi Cesare Prandelli deyib.

"Qalatasaray" bu gün Çempionlar Liqasında "Arsenal"ın qonağı olacaq. Dünən Londonda mətbuat konfransı keçirən italyan mütəxəssis fikirlərini bildirib: "Rəqibimizin çox önəmli futbolçuları bu matçı buraxmalı olacaq. Amma "Arsenal"ın heyətində hər zaman yüksək səviyyəli futbolçular yetərincə olub. Onlar komanda oyunu oyunayır. Biz də böyük bir komanda kimi meydana çıxıb oyunumuzu oynamağa çalışacağıq".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər