"Neftçi"nin futbolçu Melvin Platye icarə əsasında çıxış etdiyi "Kalmar"da debüt edib. Fanat.az xəbər verir ki, İsveç çempionatının ilk turunun "Brommapoykarna" ilə səfər matçında meydana sıxıb.
Oyun "Kalmar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Platye 76-cı dəqiqədə Mans Soderqvisti əvəzləyib və 14 dəqiqə oynayıb.
Qeyd edək ki, yayda "Neftçi"yə keçən holland hücumçu ölkəmizdə meydana çıxdığı 806 dəqiqə oynayıb və 1 qola imza atıb.
Fanat.az