Mişel Platini FİFA prezidentliyinə namizədliyini irəli sürməyəcək. Fanat.az xəbər verir ki, Fransa futbolunun canlı əfsanəsi diqqəti hazırda tutduğu UEFA prezidenti vəzifəsinə cəmlədiyini bildirib.
Bir müddət öncə Platini FİFA-da islahatlara ehtiyac duyulduğunu bildirsə də, fikrindən vaz keçib.
Qeyd edək ki, FİFA-nın hazırkı prezidenti Yozef Blatter də hələ ki, 2015-ci ildə baş tutacaq prezident seçkilərində iştirakını təsdiq edən bəyanat yaymayıb.
Fanat.az