UEFA prezidenti Mişel Platini futbolda videotəkrarların əleyhinə olduğunu bildirib. Fanat.az Fransa mətbuatına istinadən xəbər verir ki, 1984-cü ilin Avropa çempionu Fransa Peşəkar Futbol Liqasının prezidenti Frederik Tiryenin ölkə çempionatında bu cür eksperiment qoymaq ideyası ilə çıxışından sonra belə bəyanat verib.
Platini futbol oynamış şəxslərin onu daha yaxşı başa düşəcəyinə əmin olduğunu bildirib: "Mən bu ideyaya qarşıyam. Video ilə hakimlik yaxşı fikir deyil. Futbolu canlı insanlar oynayır, robotlar yox. Bu üzdən də proseslərə insan nəzarət etməlidi, televiziya kamerası yox ".
Fanat.az