Penev millimizi siyahıdan çıxartdı

Penev millimizi siyahıdan çıxartdı

AVRO-2016-nı seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Bolqarıstan yığmasının baş məşqçisi Lyuboslav Penev yerli mətbuata açıqlama verib. Fanat.az xəbər verir ki, baş məşqçi 4 komandanın Fransada keçiriləcək final mərhələsinə yollanmaq üçün mübarizə apardığını bildirib: 

"Biz çox çətin  qrupdayıq. Burada Azərbaycan və Maltanı çıxdıqdan sonra 4 komanda Avropa çempionatının final mərhələsində oynamaq üçün mübarizə aparır. Ümid edirəm ki, Fransaya gedəcək komandalar arasında biz də olacağıq. Xorvatiya çox güclü rəqibdi. Amma biz xarakter nümayiş etdirib Azərbaycanla oyunda olduğu kimi qələbə qazanmalıyıq".

Qeyd edək ki, Bolaqarıstan sentyabrın 9-da millimizin qonağı olub və 2:1 hesablı qələbə qazanıb. Komandalar arasında cavab oyunu gələn ilin 13 oktyabrında Sofiyada keçiriləcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər