Topaz Premyer Liqasında XXII turunun oyun cədvəli açıqlanıb. Fanat.az xəbər verir ki, eyni gündə keçiriləcək turun oyunları 3 fərqli saatda başlayacaq.
Günə saat 15.00-da başlayacaq AZAL - "Qəbələ" oyunu ilə start veriləcək. Bir saat sonra "Neftçi" - "İnter" və "Simurq" - "Sumqayıt" matçları başlayacaq. Saat 17.00-da isə "Rəvan" - "Qarabağ" və "Xəzər Lənkəran" - "Bakı" qarşılaşmaları start götürəcək.
19 fevral
AZAL - Qəbələ
"AZAL Arena". Saat 15.00.
Neftçi - İnter
"Bakcell Arena". Saat 16.00.
Simurq - Sumqayıt
Zaqatala şəhər stadionu. Saat 16.00.
Rəvan - Qarabağ
"Bayıl Arena". Saat 17.00.
Xəzər Lənkəran - Bakı
Lənkəran şəhər mərkəzi stadionu. Saat 17.00.
Fanat.az