Paytaxt derbisinin vaxtı açıqlandı

Paytaxt derbisinin vaxtı açıqlandı

Topaz Premyer Liqasında XXI turun oyun cədvəli açıqlanıb. Fanat.az xəbər verir ki, turun oyunları iki gündə - 14-15 fevralda keçiriləcək.

Ayın 14-də bir matç baş tutacaq. Həmin günə təsadüf edəcək "Simurq" - "İnter" qarşılaşması 15.00-da start götürəcək.

Cümə günənə paytaxt derbisi ilə start veriləcək. Turun əsas qarşılaşmalarından biri olan "Bakı" - "Neftçi" matçı saat 13.30-da başlayacaq. Saat 15.00-da turun başqa bir maraqlı qarşılaşma - "Qəbələ" "Xəzər Lənkəran" oyununa start veriləcək.

"Sumqayıt" - "Rəvan" oyunu saat 16.00-da, "Qarabağ" - AZAL qarşılaşması bir saat sonra başlayacaq.

14 fevral

Simurq - İnter

Zaqatala şəhər stadionu. Saat 15.00.

15 fevral

Bakı - Neftçi

"Bakı"nın təlim-məşq bazasının stadionu. Saat 13.30.

Qəbələ - Xəzər Lənkəran

Qəbələ şəhər stadionu. Saat 15.00.

Sumqayıt - Rəvan

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança. Saat 16.00.

Qarabağ - AZAL

Tofiq Bəhramov adına Respublika stadionu, 17.00.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər