"Neftçi" və "Xəzər Lənkəran" arasında baş tutan oyunda qonaqların qapıçısı Orxan Sadıqlı azarkeşlərə qeyri-etik jest edərək orta barmağını göstərmişdi. Qolkiperin bu hərəkətinə görə cəzalanacağı gözlənilirdi.
Düzdü, bu epizodu hakim görməmiş və ona qırmızı vərəqə göstərməmişdi. Amma oxşar hadisə Lənkərandakı son “Böyük oyun”da da baş vermiş və Mahir Şükürov azarkeşlərə "orta barmaq" göstərmişdi. Bu hərəkətə görə futbolçuya qırmızı vərəqə göstərilməsə də, AFFA Mahiri 3 oyunluq cəzalandırmışdı. Gözlənilirdi ki, eyni cəza eyni hərəkəti edən Orxana da veriləcək. Amma AFFA İntizam Komitəsinin bu günkü iclasında belə bir qərar qəbul olunmayıb.
Fanat.az