Olimpiya çempionumuz "lipa" çıxdı - şok iddia

Olimpiya çempionumuz "lipa" çıxdı - şok iddia
Çinin Nanjinq şəhərində keçirilən yeniyetmələrin olimpiya oyunlarında qızıl medal qazanan sərbəst güləşçimiz Teymur Məmmədovla bağlı Rusiya mətbuatında xoşagəlməz iddia yer alıb. Fanat.az xəbər verir ki, güləş üzrə beynəlxalq dərəcəli hakim, Belçikanın "Raeren 2006" klubunun vitse-prezidenti İsa Qambulatov Beynəlxalq Güləş Federasiyasına məktub ünvanlayıb. 
Məktubda olimpiya oyunlarında iştirak edən bir neçə güləşçinin, həmçinin Teymur Məmmədovun yaşını azaltdığı iddia olunur. Qambulatov olimpiya oyunlarına təxminən  2 ay qalmış - iyunun 22-də bildirib ki, yeniyetmələr arasında 2013-cü ilin Avropa birincisi, Azərbaycan yığmasının üzvü Teymur Məmmədov əslində 1991-ci il təvəllüdlü, Saxa-Yakutiyada doğulan, tanınmış mütəxəssis İnnokenti Koçkinin rəhbərliyi altında 3 saylı idman məktəbində məşq etmiş Timur Məmmədovdu.
 
Onun sözlərinə görə, Məmmədov 2008-ci ildə yeniyetmələr arasında "Asiyanın uşaqları" turnirinin qalibi, elə həmin ildə Rusiya birinciliyində 3-cü, 2011-ci ildə isə tələbələr arasında mükafatçı olub. Sonra isə Teymur tarixi vətəni Azərbaycana üz tutub.
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər