Olimpiadanın vaxtı dəyişdirilir

Olimpiadanın vaxtı dəyişdirilir

2022-ci ildə keçiriləcək Qış Olimpiya Oyunlarının vaxtı dəyişdirilə bilər. Fanat.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) təşkilatçı ölkəsi müəyyənləşməyən möhtəşəm yarışı 1 il sonraya təxirə salmaq barədə götür-qoy edir.

Buna əsas səbəb isə 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatıdı. Belə ki, FİFA və mundialın ev sahibi yarışı ənənəyə uyğun olaraq, yayda deyil, qışda keçirmək barədə düşünür. Əgər belə addım atılarsa, onda 2 mötəbər turnir - Olimpiya Oyunları və dünya çempionatı təxminən eyni vaxtda baş tutacaq.

Bu isə BOK-u qane etmir. Çünki qurum rəhbərliyi yaxşı başa düşür ki, futbol olimpiya oyunlarını kölgədə qoya bilər. Lakin istənilən halda BOK Qətər və FİFA-nın qərarını gözləyir. İndiyədək tək illərdə heç vaxt Olimpiada keçirilməyib.  

lent.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər