“O, yığmada ön plana çıxa bilər” – Reynaldo milliləşdirilsinmi?

“O, yığmada ön plana çıxa bilər” – Reynaldo milliləşdirilsinmi?

Bu mövzu haqda bir neçə dəfə danışmışam. Yenə də deyirəm, Reynaldo müasir futbolun tələblərinə cavab verən oyunçudu. Sürətlidi, keçidləri var, rəqib müdafiəsini təzyiqdə saxlamağı bacarır”. Bu sözləri Fanat.az-a açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdamlıların baş məşqçisi rəhbərliyi altında adından söz etdirən braziliyalının yığmaya kömək edəcək gücdə olduğunu söyləyib: “İstər topu özündə saxlayan komandada, istərsə də əks-hücum taktikasından istifadə edən kollektivdə Reynaldo ön plana çıxa bilər. Məncə, yığmaya faydalı olar. İndiyədək onun milliləşdirilməsi haqda ciddi söhbət olmayıb. Millidən və federasiyadan təklif gəlməyib. Məsləhət olsa, məsələni bir daha müzakirə edərik. Belə qərarlar tələsik qəbul edilmir”.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər