Dieqo Maradona ilə bağlı maraqlı məlumat yayılıb. Fanat.az xəbər verir ki, gənc nişanlısı Rokiya Oliviyanın canlı futbol əfsanəsinə xəyanət etdiyi iddia olunub.
Bu iddia ilə məşhur argentinalı şoumen Jorge Rial çıxış edib. Şoumen iddia edib ki, Maradonanın nişanlısı "Mançester Yunayted"in qapıçısı David De Xea ilə münasibət qurub. Qolkiperin Oliviyanın sosial media bilgilərini paylaşması bu iddiaları daha da gücləndirib.
Qeyd edək ki, Maradona bir müddət əvvəl 23 yaşlı nişanlısına evlilik təklifi etmişdi.
Fanat.az