Nildo düyününün təfsilatı FANAT.az-da

Nildo düyününün təfsilatı FANAT.az-da

Franko Nildonun "İnter"ə keçidinin düyünə düşməsinin təfsilatı məlum olub. Fanat.az-ın özəl mənbələrdən əldə etdiyi informasiyaya görə, paytaxt təmsilçisi braziliyalıya azad agent statusu almağı məsləhət görüb.

"Xəzər Lənkəran" mövsümün sonunadək müqavilə imzaladığı Nildonun transfer vərəqini vermək üçün 150 min dollar kompensasiya tələb edib. Lakin illik müqaviləsi 300 min dollar olan futbolçu son aylarda lənkəranlılardan maaşını almayıb və klubun ona 100 min dollar borcu qalıb. Başqa sözlə, azad agent statusu almaq üçün Nildo "Xəzər Lənkəran"a 50 min dollar ödəməlidi.

Üstəlik "İnter"in təklif etdiyi müqavilə daha aşağı məbləğədi. Belə ki, "bankirlər" futbolçuya 200-240 min dollar civarında illik anlaşma təklif ediblər. Özü də azad agent statusunu özünün almaq şərti ilə.

Göründüyü kimi, braziliyalı hücumçu paytaxt təmsilçisinə keçmək üçün xeyli ziyana getməlidi ki, bu da transferin baş tutma ehtimalını xeyli azaldır.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər