Neymar dubl, "Barsa" darmadağın etdi - VİDEO

Neymar dubl, "Barsa" darmadağın etdi - VİDEO
İspaniya La Liqasında XXX turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, ötən tur "Real"ı yenən "Barselona" bu dəfə "Selta"nı qəbul edib.
Oyun Kataloniya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 6-cı dəqiqədə Neymar açıb. O, Aleksis Sançesin ötürməsini qola çevirib. 30-cu dəqiqədə Andres İnyestanın ötürməsindən sonra Lionel Messi fərqlənib. 67 dəqiqə Son nöqtəni isə yenə Sançesdən məhsuldar ötürmə alan Neymar qoyub.
Bu qələbədən sonra xalını 72-yə yüksəldən "Barselona" ən azı iki saatlıq liderliyi ələ alıb. Kataloniyalıların çempionluq uğrunda rəqibləri bu saatlarda meydana çıxıb. "Atletiko" "Qranada"nı qəbul edir, "Real" "Sevilya"nın qonağıdı. Hər iki komandanın aktivində 70 xal var.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər