Nazarov darmadağında iştirak etdi

Nazarov darmadağında iştirak etdi
Almaniyanın II Bundesliqasında VI turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, milli komandamızın üzvü Dmitri Nazarovun çıxış etdiyi "Karlsruher" "Nürnberq"i qəbul edib.
Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Nazarov 86-cı dəqiqədə Reynhold Yabonu əvəzləyib və son dəqiqələrdə oynayıb.
Qeyd edək ki, "Karlsruher" 6 turda 12 xal toplayıb. Nazarovun komandası "Bohum" və "İnqolştadt"la 1-3-cü pillələri bölüşür.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər