Mustafa Dənizlinin dərdi böyükdü

Mustafa Dənizlinin dərdi böyükdü
"Çox sayda ötürmə səhvləri baş verdi. Şanslarımızdan yararlana bilmədik. Ağır bir durum idi". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi" ilə oyundan sonra "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli deyib.
Türk mütəxəssis oyunun keyfiyyətinin aşağı olduğunu bildirib: "Mübarizəli, lakin keyfiyyəti aşağı bir oyun idi. Kim bir qol vursaydı, o da qalib gələsi idi. Liqada heç bir ümidimiz olmadığı üçün bəzən çətinliklərlə üzləşirik.
Dənizli yaş limitinin onlar üçün problem yaratdığını bildirib: "Bizim dərdimiz azərbaycanlı futbolçuların sayını artırmaqdı. Mən dəyişikliklərə gedə bilmirəm. Yaş məsələsi problemlər yaradır".
Baş məşqçi oyundakı dəyişikliklərdən danışıb: "Zohair Benouahi çox yoruldu. Bizim komandanın yaxşı oyunçularından biri idi. Amma yorğunluq vardı. Ona görə də Alvaro Silvanı döyüşə atdım. Başqa bir oyunçu seçimim yox idi. Mənim həmin vaxt Adrian Piti oyuna almağım üçün gərək arxa xətt güclü olaydı. Məcburiyyətdən atılan bir addım idi".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər