Super Liqanın III turunda səfərdə "Balıkesirspor"a 0:2 hesabı ilə yenilən "Qalatasaray"ın baş məşqçisi Cesare Prandelli tənqid hədəfinə çevirilib. Fanat.az xəbər verir ki, italyan mütəxəssisi tənqid edənlərdən biri də "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Dənizli olub.
"Lig TV"də şərhçilik edən mütəxəssis "Qalatasaray"ın böyüklüyünü itirmək üzrə olduğunu bildirib: "Matçı uduza bilərsən, pis nəticələr də qazanılar, bunları düzəltmək olar. Amma "Qalatasaray" fərqində olmadan böyüklüyünü itirmək üzrədi. "Qalatasaray" formasını geyinən futbolçuların 66 faizi böyük komandada oynadığına inanmır. Elə bir transfer siyasəti qurublar ki, heyətdəki güclü oyunçuların yanına aşağı səviyyəli futbolçular alırlar. Böyük klub böyük futbolçuları ilə ardıcıllıq göstərən bir komandadı. Elə vaxt olub ki, "Qalatasaray" 14 il çempion ola bilməyib. Amma bu görüntülər ortaya çıxmayıb".
Fanat.az