Mustafa Dənizli: "Sübut etdik ki..."

Mustafa Dənizli: "Sübut etdik ki..."

"Premyer Liqanın ikinci dövrəsinə çətin oyunlarla başladıq. “Qarabağ” və “Qəbələ” ilə səfərdə, “Neftçi” ilə öz meydanımızda oynadıq. Amma bu oyunlarda yaxşı nəticələr əldə etdik, 7 xal qazandıq və sübut etdik ki, çempionatda “Xəzər Lənkəran” da var. Turnir cədvəlində çox geridə idik". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ" ilə oyundan (3:2) sonra "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli deyib.

Türk mütəxəssis yetirmələrinə təşəkkür edib: "Gələcək oyunlara görə çox ümidliyəm. Çox yaxşı seriya əldə etdik. Fiziki və psixoloji olaraq buna hazır olmalıyıq. Hazırlıq qarşılşmaları futbolda önəmi olmayan oyunlardı. Son 3 oyunda çempionatın liderlərinə 6 qol vurduq. Biz böyük məqsədlər üçün oynaya biləcəyimizi göstərdik. Bu gün xarakter nümayiş etdirdik. Bu oyuna görə oyunçularıma minnətdaram".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər