Mustafa Dənizli: "Məğlubiyyətin olacağını bilirdik"

Mustafa Dənizli: "Məğlubiyyətin olacağını bilirdik"

Mustafa Dənizli "Bakı" ilə oyunla (0:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Xəzər Lənkəran" baş məşqçisi bəzi səhvlər etdiklərini deyib:

"Azərbaycanda ilk məğlubiyyətimi aldım. Demirəm ki, yaxşı oynadıq, səhvlərimiz çox oldu. Adətən qollar buraxılan səhvdən vurulur. Qapımızdan bir qol buraxdıqdan sonra hesabı bərabərləşdirmək üçün irəli atıldıq, lakin qapımızdan ikinci qolu buraxdıq. Məğlubiyyətin olacağını bilirdik, bu tura təsadüf etdi. “Bakı”da bizim kimi oyuna hücumlarla başladı. Biz məğlub olduq, “Bakı”ya qarşıdakı oyunlarda uğurlar arzulayıram".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər