Mustafa Dənizli "Qəbələ" ilə oyunla (1:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Xəzər Lənkəran”ın baş məşqçisi rəqibin güclü olduğunu deyib:
“Çətin oyun idi. “Qəbələ” güclü rəqibdi, kubokda da qarşılaşacağıq. Bizim üçün kubok oyunu da çətin olacaq. “Qəbələ” hesabı bərabərləşdirmək üçün son dəqiqələrdə irəli atıldı. Hesab arasındakı fərq daha çox ola bilərdi. Qarşıda “Bakı” ilə oyunumuz var. Ondan sonra kubok oyununa hazırlaşacağıq”.
Fanat.az