Mustafa Reşit Akçayla yollarını ayıran "Trabzonspor"un Mustafa Dənizlini hədəfə alması barədə məlumat vermişdik. Türkiyə mətbuatının məlumatına görə, İbrahim Hacıosmanoğlu "Xəzər Lənkəran"ın baş məşqçinə təklif göndərib.
Fanat.az xəbər verir ki, qardaş ölkə mətbuatı "Trabzonspor"la bağlı yeni məlumat yayıb. Bildirilir ki, Mustafa Dənizli qəbul etməsə, klub rəhbərliyi avropalı bir məşqçi ilə danışıqlara başlayacaq. Həmin məşqçinin adı açıqlanmır.
Fanat.az