Mustafa Dənizli danışdı: hakimliklə bağlı nə dedi?

Mustafa Dənizli danışdı: hakimliklə bağlı nə dedi?
"İki xal itirdiyimizi və ya bir xal qazandığımızı demək çətindi. İki dəfə necə qol buraxdığımızı izah edə bilmirəm. Rəqib qol imkanı yaratmadan, 2:0 geriyə düşdük". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi" ilə oyundan sonra (2:2) "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli deyib.
Türk mütəxəssis birinci qolu vurmağın vacib olduğunu bildirib: "Çətin görüş idi. Qəbul edirəm ki, "Neftçi" daha ağıllı şəkildə ötürmələr etdi. Şəxsən mənim üçün, bu, Azərbaycanda ilk “Böyük oyun” oldu. Ancaq hesab edirəm ki, hər şey elə də pis deyil ki, 0:2 hesabı ilə geridə olub hesabı bərabərləşdirə bildik. Bizə birinci qolu vurmaq vacib idi".
Dənizli "Neftçi" tərəfinin hakimləri ittiham etməsinə münasibət bildirib: "Azərbaycanda işə başladığım vaxtdan məşqçilərin hər şeydə hakimləri günahlandırmasına diqqət etdim. Hakimlik haqqında danışmaq istəmirəm. Amma Azərbaycana gələndə eşitdim ki, hakimlər "Neftçi"yə simpatiya bəsləyirlər. Hakimin hər iki tərəfə qarşı səhvləri var idi. Amma onlar da səhv edə bilər. Rəqib baş məşqçinin dediklərinə hörmətlə yanaşıram. Düşüncələrimiz fərqli ola bilər". 
Mütəxəssis "Neftçi" azarkeşlərinin derbiyə buraxılmamasından da danışıb: "Bu hala çox təəssüf edirəm. Azarkeşsiz derbi olmaz. Mən çox istərdim ki, "Neftçi" azarkeşləri də bu matçı izləsinlər. Əgər "Neftçi" azarkeşləri gəlsəydi, o zaman əsl derbi ab-havası hiss olunacaqdı. Futbol azarkeşlər üçün oynanılar və onlarla daha gözəldir. Eyni zamanda "Xəzər Lənkəran" azarkeşlərini də "Neftçi" ilə səfər oyununda görmək mənə xoş olar. İnanıram ki, bu məsələ bir daha müzakirə olunacaq və həlli yolunu tapacaq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər