"Beşiktaş" heyətinə dünya ulduzu qatmaq istəyir. Fanat.az xəbər verir ki, İstanbul klubu Samuel Eto`Onu heyətinə qatmağa çalışır.
Türkiyə mətbuatının məlumatına görə, hazırda oyunçunun menecerliyi ilə məşğul olan "Grupo Santos"la danışıqlar aparılır. Həmkarlarımız iddia edir ki, "Beşiktaş"a bu transfer həyata keçirməkdə "Palmali"nin sahibi Mübariz Mənsimov maddi-mənəvi yardım edəcək. Belə ki, Mənsimovun Eto`Onu razı salmaq üçün "Çelsi"nin sahibi, yaxın dostu Roman Abramoviçdən kömək istədiyi deyilir.
Fanat.az