Mourinyodan Vengerə şok sözlər

Mourinyodan Vengerə şok sözlər

"Çelsi"nin baş məşqçisi Joxe Mourinyo "Arsenal"ın çalışdırıcısı Arsen Vengeri hədəfə alıb. Fanat.az xəbər verir ki, portuqaliyalı mütəxəssis fransız həmkarını sərt şəkildə tənqid edib.

Mourinyo Vengeri uğursuz adlandırıb: "Venger məğlubiyyətlərə öyrəşib. 8 il heç bir kuboku qazanmamaq uğursuzluqdu. Mən onun yerində olsaydım Londona dönməzdim". 

"Mançester Siti"nin baş məşqçisi Manuel Pellegrini barədə də danışan Mourinyo "Mənim haqqımda danışmayacağını deyib. Əla. Ümid edirəm ki, sözünün üstündə duracaq". 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər