Mourinyo: "Kubokları qazanmaq böyük məşqçilərin işidi"

Mourinyo: "Kubokları qazanmaq böyük məşqçilərin işidi"
"İspaniya fantastik ölkədi. Amma bu sözləri sosial həyatla bağlı demək olmaz. Ordakı futbolun atmosferi məni yormuşdu. İngiltərə oyunçularla münasibətlərinizdə mətbuat və azarkeşlərdən daha çox yararlana bilirsiniz. Son "El Klasiko"nu da izlədim. Hakimlər sər edir. Hər yerdə hakim səhvi var. Futbol əsla sadəcə futbol deyil. Təzyiq inanılmaz dərəcədədi, işlər heç də asan getmir". Fanat.az xəbər verir ki, bu sözləri Joze Mourinyo deyib.
"Çelsi"nin baş məşqçisi RMC-yə müsahibəsində Çempionlar Liqasının 1/4 finalındakı rəqibləri PSJ-ni dəyərləndirib: "PSJ-də çox sayda ulduz futbolçu var. Çempionluğu təmin ediblər və bu onlar üçün böyük üstünlükdü. İndi onlar "Nitsa"nın əvəzinə "Çelsi" matçına köklənə bilərlər. Premyer Liqada bizim üçün bütün matçlar finala bərabərdi. "Kristal Palas" matçına belə final kimi baxmalıyıq. Bu kiçik üstünlük sayəsində PSJ cütün favoritidi. Amma təzyiq altında olan biz deyilik. Keçmişimiz və təcrübəmiz var. PSJ-nin gücü olsa da, təcrübəsi azdı. Məncə şanslar 50-nin 50-yədi".
Mourinyo "İnter"də rəhbərliyi altında oynamış Zlatan İbrahimoviç, Motta və Maksvell haqqında da danışıb: "Bu oyunçularla "İnter"də 3 titul qazandığımız möhtəşəm bir mövsüm keçirdik. Zlatan çox özəl bir isimdi və oynadığı hər çempionatda çempion olmağı bacarır. O, Çempionlar Liqasını da istəyir. Bu da onu daha təhlükəli edəcək". 
Portuqaliya mütəxəssis futbolda hər şeyin mümkün olduğunu və bir gün PSJ-ni çalışdıra biləcəyini deyib. 
Hazırda PSJ-yə rəhbərlik edən Loran Blan Mourinyonun başçılığı altında oynayıb. Daha doğrusu portuqaliyalı "Barselona"da Luis van Qaalın köməkçisi olan zaman fransız bu klubda oynayıb. Mourinyo onunla bağlı da fikir bildirib: "Onun kimi oyunçu ilə çalışmaq böyük bir zöv idi. "Bordo"da böyük uğurlar qazandı. Fransa yığması isə onun üçün çətin macəra oldu. PSJ-də ulduzlarla çalışması doğrudu, amma kubokları qazanmaq böyük məşqçilərin işidi".
Arsen Venger haqqında da danışan Mou "Ona bir məşqçi və insan olaraq böyük hörmətim var. Tək bir klubda həyatını keçirməsinə də hörmətlə yanaşıram. Fərqliliklərimiz olsa da, önəmli olan hörmət saxlamaqdı" deyib.
Portuqaliyalı mütəxəssis "Ballon d`Or" (Qızıl top) mükafatının ətrafında siyasi oyunların getdiyini bildirib: "Ronaldo gözəl mövsüm keçirdi. Önəmli olan da budu. O, sadəcə qol maşınıdı. Mənim vətənimdən birinin və keçmiş oyunçumun belə bir futbolçu olmasına sevinirəm".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər