Rusiya Premyer Liqasında II dövrəyə start verilib. Fanat.az xəbər verir ki, bu gün yeni ilin ilk Moskva derbisi baş tutub.
Belə ki, "Dinamo" ÇSKA-nı qəbul edib. Ordu klubu ilk yarını Seydu Doumbianın dublu sayəsində üstün tamamlayıb - 2:0. Lakin ikinci yarının ilk 20 dəqiqəsində "Dinamo" sözün əsl mənasında frıtına kimi əsib və 4 qol vurub. Yuri Jirkov dubl edib, Kristofer Samba və Kevin Kuranyi hərəyə bir qol vurub - 4:2.
Fanat.az