Mircavadov: "3-cü yerdən danışırıqsa bolqarları udmalı idik"

Mircavadov: "3-cü yerdən danışırıqsa bolqarları udmalı idik"

"Biz seçmə mərhələdə 3-cü yer uğrunda mübarizə aparırıqsa, Bolqarıstan kimi bir komandaya qalib gəlməli idik". Bu sözləri Fanat.az-a verdiyi açıqlamada milli komandamızın sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Dünən "Bakcell Arena"da baş tutan oyunu izləyə bilməyən təcrübəli mütəxəssis bu məğlubiyyətdən sonra komandamızın şanslarının aşağı olduğunu söyləyib: "Sözün düzü oyuna baxmağa imkanım olmadı. Evdə deyildim, baxa bilmədim. Oyun bitəndən sonra internet vasitəsi ilə hesabı öyrəndim. Oyuna baxmadığımdan bir söz deməyim düzgün çıxmaz. Amma ümumi deyə bilərəm ki, əgər biz seçmə mərhələdə 3-cü yer uğrunda mübarizə aparırıqsa Bolqarıstan kimi bir komandaya qalib gəlməli idik. Amma necə oynayıblar, oyunun mahiyyəti necə olub bunu bilmirəm. 

Bilirsiniz, 3-cü yer uğrunda mübarizə aparan komanda Bolqarıstanı udmalı idi. Çünki məhz bolqarlar bu pilləyə ən real namizəddi. Qrupumuzda İtaliya və Xorvatiya kimi ölkələr var. Əgər evdə Bolqarıstana məğlub oluruqsa, səfərdə bu cür komandalardan xal almağımız real görünmür. Düşünürəm ki, Bolqarıstana evdə uduzmağımız bizi 3-cü yer uğrunda mübarizədən uzaqlaşdırdı". 

Rusiyaya biabırçı məğlubiyyətdən sonra, Berti Foqtsun millidə qalıb-qalmamasını Bolqarıstanla keçirilən oyun həll edə bilərdi. Lakin Mircavadov bu fikirlə razılaşmadı: "Bu yay mətbuatı az izləmişəm. Həm də axı Berti Foqtsun müqaviləsi var. Özü getmək istəsə, buna bir söz deyə bilmərik. Amma müqaviləsi başa çatmadan millidən uzaqlaşdırılsa, təzminat tələb edəcək. Yəni özü deyibsə başqa məsələ, yox söz-söhbətdirə inanmıram, belə bir şey ola". 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər