Mirbağır İsayev: "Uşaqları ağır sınaqda yoxlayaq"

Mirbağır İsayev: "Uşaqları ağır sınaqda yoxlayaq"
Antalyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət milli komandamız dünən Moskva "Spartak"ının əvəzedici komandası ilə yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, baş məşqçi Mirbağır İsayev matçla (1:4) bağlı fikirlərini bildirib:
"Çox sevindirici haldı ki, bu oyunu “Spartak” kimi komanda özü istəmişdi. Bunu da başa düşmək olar. Onlar iki həftədi təlim-məşq toplanışındadılar və bu sonuncu qarşılaşmaları idi. Bu matçda onların istədiyi, oyun taktikasını futbolçuların meydanda sərbəst yerinə yetirməsini görmək idisə, bizim iş prinsipimiz başqa  idi. Çox ağır oyun oldu. Bunu bilirdik, çünki təlim-məşq toplanışlarında biz həmişə özümüzdən böyük, güclü rəqiblə oyuna üstünlük veririk. Bu gələcəkdə futbolçularımızın öz yaşıdları ilə oyuna köklənməsinə, bu günkü səhvlərin həmin oyunlarda təkrarlanmamasına gətirib çıxaracaq. Bundan sonrakı təlim-məşq toplanışlarında da biz futbol səviyyəsi yüksək, yaşca böyük komandalarla qarşılaşacağıq. Bunun nəticəsini mütləq görəcəyik. Bu oyunda “Spartak” bizdən üç baş üstün idi. Bizə də belə oyunlar lazımdı ki, uşaqları ağır sınaqda yoxlayaq. Qeyd etdiyim kimi, məqsəd komandamızı Avropa çempionatının birinci mərhələsindəki rəqiblərimizlə  - Bosniya və Hersoqovina, İsveçrə, Belçika kimi komandalarla oyunlarla daha yaxşı hazırlamaqdı. Növbəti təlim-məşq toplanışından sonra isə  Avropaya gedəcək komanda komplektləşəcək".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər