Antalyada təlim-məşq toplanışında olan 17 yaşaddək futbolçulardan ibarət milli komandamız ilk yoxlama oyununu keçirib. İsveçrənin "Qrasşopper" klubu üzərində 3:2 hesablı qələbədən sonra millimizin baş məşqçisi Mirbağır İsayev fikirlərini Fanat.az-a bildirib:
“Əsas məqsədimiz təlim-məşq toplanışına dəvət alan futbolçuları ağır oyunlarda yoxlayıb, milli komandaya yararlı və yararsız olduğunu müəyyənləşdirməkdi. Qələbə qazanmaq yaxşıdı, amma qeyd etdiyim kimi məqsəd Avropa çempionatının birinci mərhələsini keçməkdi. O vaxta qədər kim hazırdısa, millinin qapısı onların üzünə açıq olacaq. Matçla bağlı onu deyə bilərəm ki, oyundan razı qalmağım yox, hansısa oyunçulardan razı qalıb-qalmamağım önəm daşıyır. Ən əsası odu ki, səhər məşqində verdiyim tapşırıqlar meydanda yerinə yetirildi. Məni sevindirən isə son saniyələrdə çoxlarının tanımadığı Səid İbadov qol vurub matçın qəhramanı olmasıdı”.
Fanat.az