Milliyə yeni legioner tapdılar

Milliyə yeni legioner tapdılar

21 yaşadək futbolçulardan ibarət millimizə yeni oyunçu çağırılıb. Fanat.az.xəbər verir ki, bu, hazırda Almaniyanın Regionalliqa klubu olan “Memminqen”də çıxış edən Ümüt Sönməzdi.

 

U-21 martın 5-də Tiraspol şəhərində Moldovadan olan həmyaşıdları ilə yoldaşlıq oyunu keçirəcək. Sönməz isə martın 1-də “Haymştetten”lə baş tutacaq görüşdən sonra Moldovaya yollanacaq.

 

 

Qeyd edək ki, ötən ilin qış fasiləsində “Auqsburq”un II komandasından “Memminqen”ə keçən Sönməz yarımmüdafiəçidi. O, ötən şənbə U-23 komandasının “Erkhaym”la yoxlama oyununda (3:0) dubl etməklə yadda qalıb.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər