Futzal üzrə Azərbaycan yığmasının üzvü Vitali Borisov Özbəkistanın "Lokomotiv" klubuna icarəyə verilib. Fanat.az xəbər verir ki, millimizin üzvü "dəmiryolçular"a Klublarası Asiya Çempionatında kömək edəcək.
Yarış avqustun 25-30-u aralığında baş tutacaq.
Qeyd edək ki, Borisov hazırda paytaxtın "Fənərbaxça" klubuna məxsusdu.
Fanat.az