Almaniyanın Regional Liqasında II dövrənin oyunları başlayıb. Fanat.az xəbər verir ki, yığma komandamızın üzvü Taşkın İlterin çıxış etdiyi Braunşveyq "Ayntraxt"ının U-23 komandası "Viktoriya"nı (Hamburq) qəbul edib.
Oyun meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin üzvü matçın iştirakçısı olmayıb. Baş məşqçi Henninq Burger Taşkını ehtiyatda saxlayıb.
Qeyd edək ki, "Ayntraxt" 20 oyundan sonra 21 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Fanat.az