Millimizin üzvü Suriyada öldürüldü - FOTOLAR

Millimizin üzvü Suriyada öldürüldü - FOTOLAR
Suriyada son günlər öldürülən azərbaycanlılardan ikisinin Sumqayıt sakini olduğu məlum olub. APA-nın Suriyada vuruşan azərbaycanlılara məxsus internet səhifələrindən əldə etdiyi məlumata görə, ölənlərdən biri, Sumqayıt şəhəri, 41-ci məhəllə sakini Əliyev Ceyhun Süleyman oğludu. Həmin döyüşlərdə onun bacısının ərinin də həlak olduğu bildirilir.
 
Azərbaycanlı döyüşçülərin yazdığına görə, Ceyhun Əliyevin bacısı da hazırda Suriyadadı. Qardaşının və ərinin ölüm xəbərini də bacısı zəng edərək yaxınlarına bildirib. Bacısı onların meyitlərinin döyüş bölgəsində qaldığını, götürmək mümkün olmadığını deyib.
 
Məlumata görə, Əliyev güləş üzrə Azərbaycan yığmasının üzvü olub, Azərbaycan və Avropa çempionu adını qazanıb. Mücahidlər onun fotosunu da yayıblar.
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər