Millimizin üzvü "fərqləndi", komandası uduzdu

Millimizin üzvü "fərqləndi", komandası uduzdu

Türkiyənin PTT 1-ci liqasında XXIV turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, millimizin üzvü Ufuk Budakın çıxış etdiyi "Qaziantep BB" "Balıkesirspor"un qonağı olub.

Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ufuk meydana start heyətində çıxıb və 75-ci dəqiqədə Sinan Özkan tərəfindən əvəzlənib. Millimizin üzvü 20-ci dəqiqədə sarı vərəqə alıb.

Qeyd edək ki, "Qaziantep BB" 243 oyundan sonra 26 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər