Millimizin üzvü oynamadı, komandası 4 qol "yedi"

Millimizin üzvü oynamadı, komandası 4 qol "yedi"
Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Taşkın İlterin çıxış etdiyi "Ayntraxt"ın U-23 komandası "Hannover 96"nı qəbul edib.
Oyun Braunşveyq təmsilçisinin 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Millimizin üzvü matçın iştirakçısı olmayıb.
Qeyd edək ki, Regional Liqanın şimal zonasında çıxış edən "Ayntraxt" 9 oyunda 13 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Taşkın 5 oyunda meydana çıxıb, 376 dəqiqə oynayıb və 1 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər