Millimizin üzvü oynadı, komandası 1 xal qazandı

Millimizin üzvü oynadı, komandası 1 xal qazandı
Almaniyanın II Bundesliqasında V tura start verilib. Fanat.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Karlsrue" "Bohum"un qonağı olub.
Oyun 1:1 hesabı ilə başa çatıb. Start heyətində yer almayan Dmitri fasilədə Reynold Yabonu əvəzləyib.
Qeyd edək ki, 5 turda 9 xal toplayan "Karlsrue" "Bohum"la birlikdə 3-4-cü pillələri bölüşür. Bu komandalar liderlərdən - "İnqolştadt" və "Kayzerslautern"dən 2 xal geri qalır.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər