Türkiyə Super Liqasında XX turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, millimizin üzvü Ali Gökdemirin çıxış etdiyi "Elazığspor" "Kayserispor"u qəbul edib.
Oyun Elazığ təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Antalyaspor"la kubok matçında 90 dəqiqə oynayan millimizin üzvü bu dəfə ehtiyatda qalıb. Baş məşqçi Okan Buruk onu 87-ci dəqiqədə Onur Ayıkın yerinə meydana buraxıb.
Qeyd edək ki, "Elazığspor" 20 oyundan sonra 19 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
Fanat.az