Millimizin üzvü dramatik qələbəyə sevindi

Millimizin üzvü dramatik qələbəyə sevindi

Türkiyə Super Liqasında XXI turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, millimizin üzvü Ali Gökdemirin çıxış etdiyi "Elazığspor" "Konyaspor"un qonağı olub.

Oyun olduqca dramatik alınıb. Belə ki, 9-45-ci dəqiqələrdə iki penalti qazanan "Elazığspor" Deniz Yılmazın qolları ilə önə keçib - 2:0. Lakin 67-73-cü dəqiqələrdə Ömer Ali Şahiner və Mehmet Güvenin qolları bərabərliyin təmin olunması ilə nəticələnib. Buna baxmayaraq, qonaqlar ruhdan düşməyib və 89-cu dəqiqədə fərqlənən Rodriqo Tello "Elazığspor"a qələbə qazandırıb. 

Elazığ təmsilçisinin baş məşqçisi Okan Buruk Ali Gökdemirə şans verməyib. Kubok matçlarında 90 dəqiqə oynayan millimizin üzvü bu dəfə ehtiyatda qalıb.

Qeyd edək ki, "Elazığspor" 21 turdan sonra 22 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər