Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Taşkın İlterin çıxış etdiyi Braunşveyq "Ayntraxt"ının U-23 komandası lider "Hamburq II"ni qəbul edib.
Oyun qonaq komnadanın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Taşkın meydana start heyətində çıxıb. Millimizin üzvü 90 dəqiqə oynayıb.
Qeyd edək ki, İlter avqustun 23-də "Şvars-Veiss Rehden"lə keçirilən matçın 31-ci dəqiqəsində qırmızı vərəqə aldığından komandasının son 3 matçını kənardan izləmişdi. O, millimizin sentyabrın 9-da Portuqaliya ilə keçirdiyi oyunda da meydandan qovulub.
Regional Liqanın "Şimal" zonasında çıxış edən "Ayntraxt II" 8 turda 13 xal qazanıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Fanat.az