Milli komandamızın üzvü Rüfət Dadaşov Almaniyada yenidən klubunu dəyişib. Fanat.az xəbər verir ki, bu yay "Kayzerslautern"dən "Tsvaybrükken"ə keçən futbolçumuzun yeni komandasında çıxışı uzun sürməyib.
Bu komandadan ayrılan Rüfət "Saarbrukken"ə keçib. Bu barədə Regional Liqa təmsilçisinin rəsmi saytı xəbər yayıb. Futbolçumuz yeni klubu ilə 2016-cı ilin 30 iyununadək müqavilə imzalayıb. O, "Saarbrukken"in düşərgəsinə sentyabrın 10-da qoşulacaq. Bu müddətdə isə yığmanın toplanışında iştirak edəcək.
Rüfət bu komandada "İnter"in sabiq üzvü Peter Çrappanla birlikdə oynayacaq. 29 yaşlı slovakiyalı müdafiəçi bu yay "Saarbrukken"ə akeçib. O, 2011/12 mövsümündə Bakı klubunun heyətiendə 25 oyun keçirib və 2139 dəqiqə oynayıb.
Qeyd edək ki, Rüfət “Tsvaybrükken”in heyətində cəmi 5 oyuna çıxıb, 439 dəqiqə oynayıb və 2 qol vurub.
Fanat.az