Almaniyanın Regional Liqasında V turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Tuğrul Eratın çıxış etdiyi "Fortuna"nın U-23 komandası "Bohum II"ni qəbul edib.
Oyun "Fortuna"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 89-cu dəqiqədə Tuğrul imza atıb. Millimizin üzvü start heyətində yer alıb və 90 dəqiqə oynayıb.
Qeyd edək ki, Tuğrul yeni mövsümdə "Fortuna II"nin 5 oyununun hamısında start heyətində yer alıb, 448 dəqiqə oynayıb və 2 qol vurub. Onun komandası 5 turda 10 xal toplayıb və 3-cü pillədə qərarlaşıb.
Fanat.az